AZ

"Tesla" "Cybertruck" pikaplarını geri çağırır

"Tesla" təxminən 2.5 min "Cybertruck" elektrik pikapını geri çağırdığını elan edib.

Oxu.Az-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının (NHTSA) bəyanatına istinadən məlumat verilib.

Geri çağırılma 2 431 elektrik pikapına aiddir ki, bu avtomobillər ötən ilin 6 noyabrından bu il iyulun 30-dək istehsal edilib.

Məlumata görə, geri çağırılma sürücü invertorunun nasazlığı ilə əlaqədardır ki, bu da dartma qabiliyyətinin itirilməsinə və qəza riskinin artmasına gətirib çıxara bilər. "Tesla"nın texniki işçiləri geri çağırılan avtomobillərdə sürücü invertorunu pulsuz əvəz edəcəklər.

Qeyd edək ki, bu geri çağırılma bu il "Tesla"nın "Cybertruck" üçün altıncıdır. Məsələn, iyun ayında bildirilmişdi ki, ABŞ-nin elektrik avtomobil istehsalçısı şüşə silən mühərrikin düzgün işləməməsi və baqaj bölməsində problemlər səbəbindən təxminən 12 min pikapı geri çağırır. Aprel ayında qaz pedalında nasazlıq səbəbindən 3 minə yaxın "Cybertruck"un geri çağırıldığı məlum olmuşdu.

Xatırladaq ki, "Cybertruck"un seriyalı istehsalına 2023-cü ilin iyulunda başlanılıb, ilk müştəri tədarükləri isə noyabr ayında baş tutub.

"Cebheinfo.az"

Seçilən
36
4
cebheinfo.az

5Mənbələr