AZ

“Biz hələ bu barədə danışıq aparmamışıq, müqavilə mənim üçün prioritet deyil”

“Qızıl top”un qalibi Rodri Hernandes “Mançester Siti” ilə müqavilənin mümkün uzadılması ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi hələ bu barədə danışıq aparmadıqlarını bildirib:

“Biz hələ bu barədə danışıq aparmamışıq. İndi zədəm var. Müqavilə danışıqları mənim üçün prioritet deyil.

Zədəmi mümkün qədər tez sağaltmaq istəyirəm. Bu, mənim əsas məqsədimdir və sonra baxarıq”.

Rodrinin “şəhərlilər”lə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Seçilən
26
sportinfo.az

1Mənbələr