AZ

Nurgül Yeşilçaydan "Seriallara niyə çəkilmirsiniz" sualına QALMAQALLI CAVAB 

Tanınmış aktrisa Nurgül Yeşilçay açıqlaması ilə bütün diqqətləri üzərinə çəkib.

Referans.az xəbər verir ki, psixoloq Gökhan Çınarın "FÜG" proqramına qonaq olan aktrisa seriallara çəkilməməsinin səbəbini serialların olmaması ilə əlaqələndirib:


"Darıxanda və hər şey üstümə gələndə komediya verilişlərinə baxıram. Gülmək lazımdır. Məsələn İkinci Dünya Müharibəsi dövrü həqiqətən insanların ən çox gülməyə ehtiyacı olduğu dövr idi. İnsanların gülməyə ehtiyacı olduğu bir vaxtda biz komediyaya aid seriallar çəkmirik. Prodüserlərimiz kişilər, tamaşaçılarımız isə qadınlardır. Məndən soruşurlar ki "Niyə seriallarda çəkilmirsiniz? Cavab verirəm ki "Serial yoxdur".


Xatırladaq ki, Nurgül Yeşilçay sonuncu dəfə "Veda Mektubu" adlı serialda rol alıb.


Seçilən
48
referans.az

1Mənbələr