AZ

"Real" rəhbərliyinin Ramosla bağlı mövqeyi bəlli oldu

"Real" rəhbərliyi müdafiəçi Serxio Ramosun kluba qayıtmasına qarşı çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 38 yaşlı ispaniyalı futbolçu Eder Militaonun ağır zədəsi səbəbindən komandaya qayıtmaq istəyi ilə bağlı açıqlama versə də, klub prezidenti Florentino Peres və icraçı direktor Xose Anxel Sançes futbolçunun qayıtmasının əleyhinədir.

Hazırda "Los Blankos"un müdafiəçiləri Daniel Karvaxal, David Alaba və Lukas Vaskes zədəlilər siyahısındadır. Həmçinin, La Liqanın 13-cü turunun “Osasuna” ilə oyununda (4:0) Eder Militaonun dizinin çarpaz bağları qopub.

Seçilən
29
1
publika.az

2Mənbələr