Bakı. Trend:
Bu gün Azərbaycan qlobal enerji və ekoloji təhlükəsizliyin təminedilməsi və “yaşıl iqtisadiyyat”a keçid üçün strateji mexanizmlərinişlənib hazırlanması məsələlərində fəal mövqe tutur. AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevraltarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “Təmiz ətrafmühit və “yaşıl artım” ölkəsi” beş əsas Prioritetdən birigötürülüb.
Son illərdə Bakı Dövlət Universitetində (BDU) də ətraf mühitinmühafizəsi, iqlim dəyişmələri ilə mübarizə istiqamətində aparılanelmi-tədqiqiat işləri genişlənir, ekoloji maarifləndirmə və ekolojiməsuliyyətin artırılması üçün müxtəlif layihələr həyata keçirilir.BDU-nun alim və müəllimləri, yaradıcı tələbələri bu sahələr üzrəelm və təhsil platformasında birləşərək ekoloji problemlərinaraşdırılması və həlli yollarının axtarılmasında fəal iştirakedirlər. Elm, innovasiya və təhsil ocağı kimi Universitet tələbətəşəbbüslərinin və “yaşıl iqtisadiyyat” sahəsində gənclərhərəkatının inkubasiya və akselerasiya mərkəzinə çevrilməyiqarşısına hədəf kimi qoyub. BDU dayanıqlı inkişaf üzrə ideyalarıntəşviqində fəal iştirak edir, Universitetdə ekoloji təhsil vətədqiqata, habelə ekoloji mədəniyyətin təşviqinə əsaslanan yenitəhsil proqramları yaradılır, enerji və resurs qənaətinə əsaslananhəllər tətbiq olunur, innovativ konsepsiyalı eko-məkan və sahələrinyaradılması yolu ilə müxtəlif dəyişikliklər həyata keçirilir.
2024-cü ildə BDU Ali Təhsildə Dayanıqlılığın İnkişafıAssosiasiyasına (The Association for the Advancement ofSustainability in Higher Education) üzv qəbul olunub. Qeyd edək ki,2005-ci ildə yaradılmış Assosiasiya dünyanın 22 ölkəsindən olan900-dən çox ali təhsil müəssisəsi və qeyri-kommersiya təşkilatınıözündə birləşdirir, professor-müəllim heyətinə və tələbələrədayanıqlı innovasiyaların iştirakçısı olmaq imkanı yaradır.
BDU ekoloji problemlərin həlli üzrə elmi-pedaqoji kadrpotensialı və infrastrukturunu daim təkmilləşdirir və inkişafetdirir. Universitetdə 5 kafedradan ibarət Ekologiya vətorpaqşünaslıq fakültəsi, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrəMükəmməllik Mərkəzində Ekoloji kimya və ətraf mühitin mühafizəsielmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. 2024-cü ildə ətrafmühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərinaraşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularınınqarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılmasıməqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgəBDU-nun nəzdində ECOLEAD Klinikası yaradılıb. Universitetdəbakalavriat səviyyəsinin “Ekologiya” və “Ekologiya mühəndisliyi”ixtisasları və magistratura səviyyəsinin “Ekologiya hüququ”, “Ətrafmühit kimyası”, “Ekoloji kimyəvi monitorinq”, “Ekoloji kimya”,“Ekoloji biologiya”, “Biomüxtəliflik və təbiətin mühafizəsi”,“Bioekologiya”, “Ətraf mühitin mühafizə metodları və bərpası” və s.ixtisaslaşmaları üzrə kadr hazırlığı həyata keçirilir.
BDU tələbələri “yaşıl enerji”, “yaşıl texnologiyalar”sahələrində layihələr hazırlayır və müxtəlif beynəlxalq tədbirlərdətəqdim edirlər. 2024-cü ildə Türkiyənin Antalya şəhərindəkeçirilmiş “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalındaüçüncü yerə layiq görülmüş BDU-nun tələbə və gənc tədqiqatçılardanibarət “ESST-6” komandasının “E-tarım sulama” layihəsi də məhzekoloji problemlərin intellektual həllinə yönəlib. Layihəninməqsədi maya dəyəri ucuz, lakin keyfiyyətli ağıllı suvarmatexnologiyasının yaradılması və tətbiq edilməsidir. Belə ağıllısuvarma sistemləri bitkiləri ehtiyacları olduğu qədər su ilə təminedərək, su israfını maksimum səviyyədə azaltmağa və su sərfiyyatınıeffektiv şəkildə idarə etməyə imkan yaradır. Layihə çərçivəsindəhazırlanması nəzərdə tutulan ağıllı damcı sulama sistemi suvarmaproseslərini daha effektiv və sürətli hala gətirərək, kəndtəsərrüfatında daha yüksək məhsuldarlıq əldə etməyə imkanverəcək.
Ölkəmizdə möhtəşəm COP29 konfransının keçirildiyi bir dövrdəBDU-da istifadəyə verilən "Eko Məkan" Universitetin bu istiqamətdəreallaşdırdığı yeni unikal və innovativ layihələrindən biridir.Noyabrın 14-də açılışı olan "Eko Məkan" tələbə və tədqiqatçılarınətraf mühitin qorunması sahəsində daha geniş məlumat və təcrübəqazanmalarını təmin edəcək, həmçinin müxtəlif tədbirlərinkeçirilməsi və asudə vaxtın təşkilinə imkan yaradacaq.
Açılış mərasimində Milli Məclis (MM) sədrinin müavinləri ZiyafətƏsgərov və Musa Qasımlı, MM-in komitə sədrləri Anar İsgəndərov,Arzu Nağıyev, Sadiq Qurbanov və Şahin İsmayılov, MM-in komitəsədrlərinin müavinləri Fariz İsmayılzadə və Jalə Əliyeva, kəndtəsərrüfatı nazirinin müavini Elçin Zeynalov, AMEA-nın prezidentiakademik İsa Həbibbəyli və vitse-prezidenti akademik İradəHüseynova, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Serbiya,Cənubi Koreya, Nigeriya, İraq və digər ölkələrdən COP29konfransında iştirak edən qonaqlar, "LU-MUN Holding", "BayramliGroup”, "Azecolab" şirkətlərinin rəhbər və əməkdaşları, həmçininmüxtəlif qurumların, elmi-tədqiqat müəssisələrinin nümayəndələri,BDU-nun professor-müəllim heyəti və tələbələri, çoxsaylı KİVtəmsilçiləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayevbildirib ki, qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə mühümtöhfə olan COP 29 çərçivəsində BDU öz ənənəsinə sadiq qalaraq yenibir unikal pilot layihəyə imza atıb. Rektor “Eko Məkan”ın bir neçəmühüm özəlliyə malik olduğunu deyib: “Burada xarici ölkələrdəngətirilmiş və ən son texnologiyalar ilə təchiz edilmiş Akvaponiksistem (“Aquaponics system”) quraşdırılıb. Bu sistem balıq vəbitkilərin bir tsikl çərçivəsində fəaliyyətin tənzim edilməsiprinsipinə əsaslanır. Burada bütün məhsullar ekoloji cəhətdən təmizməhsullardır, digər tərəfdən oksigen istehsalına imkan verənbioreaktor, rəqəmsal texnologiyaların tətbiqi ilə real zamanda havaparametrlərini ölçən, həmçinin havanın keyfiyyətini təyin edənxüsusi, ən müasir texnologiyalar quraşdırmışıq. “Eko Məkan”ınelektrik təchizatı əsasən günəş panelindən alınan enerji ilə həyatakeçirilir. Bu, BDU-nun bir daha ekoloji prinsiplərə sadiq olduğunu,digər tərəfdən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunfəaliyyət göstərdiyini sübut edir”.
Rektor qeyd edib ki, “EKO Məkan” ilk növbədə təhsilalanlar –tələbələr, magistrantlar, doktorantlar üçün nəzərdə tutulub.Tələbələrin tədris və təcrübə sahəsi kimi nəzərdə tutulmuş “EKOMəkan”dan yalnız BDU-da təhsil alanlar deyil, həm də digəruniversitetlərin, orta məktəblərin, liseylərin, kolleclərintələbələri istifadə edə bilərlər: “Düşünürəm ki, bu layihə çoxuğurlu olacaq. Layihənin həyata keçirilməsində “dövlət-özəltərəfdaşlığı” prinsipinə riayət olunub. Elmi tədqiqatlara öztöhfəsini verən bir sıra özəl şirkətlər bu məkanın yaradılmasındayaxından iştirak ediblər. Onların sırasında “Bayramli Group”,həmçinin "LU-MUN HOLDİNG" və "Azecolab” kimi şirkətlər var.Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də xüsusi təşəkkür edirik.“Eko Məkan”da onların təqdim etdiyi bir çox nadir bitkilər vəağaclar əkilib”.
“Eko Məkan” yeni innovativ texnologiya və metodlarla “yaşılenerji” ilə “yaşıl qida” istehsalı, “yaşıl atmosfer”informalaşdırılması yollarının tələbələrə öyrədilməsi, həmçininictimaiyyətin maarfifləndirilməsi baxımından böyük əhəmiyyət kəsbedir. BDU-nun ərazisində təqribən 1000 kv.m sahədə yaradılmış “EkoMəkan” müasir texnologiyaları və ekoloji həlləri xüsusi bir yanaşmailə bir araya gətirir. Burada ətraf mühitin müxtəlif ekolojiaspektlərini təhlil etmək və elmi biliklərin praktiki tətbiqinəşərait yaratmaq məqsədilə xüsusi sahələr yaradılıb:
Məkanda yaradılmış Akvaponik sistem (“Aquaponics system”) müasiraqrar texnologiyalardan biri olaraq, suyun təkrar dövriyyəsi üsuluilə (az su sərf etməklə) yüksək məhsuldarlığa nail olmaq imkanınılaboratoriya şəraitində nümayiş etdirir. İnnovativ üsullarla bitkivə balıq yetişdirilməsini özündə birləşdirən tsiklik sistem“Dayanıqlı Kənd Təsərrüfatı” yanaşmasını ehtiva edir.
Mikroorqanizmlər və ya biokimyəvi proseslər vasitəsilə biolojimaddələrin istehsalını təmin edən bioreaktorlar sənaye miqyasındamüxtəlif bioloji proseslərin, o cümlədən biokütlə, fermentlər,antikorlar, peyvəndlər, bioloji yanacaqlar və digər biotexnolojiməhsulların istehsalı üçün geniş istifadə olunur. Bioreaktorlarəsasən qapalı sistemdə işləyir və müəyyən bir temperatur, pH,oksigen miqdarı, qarışdırma sürəti və qida maddələri kimiparametrləri tənzimləyərək mikroorqanizmlərin böyümə mühitinioptimallaşdırır. “Eko Məkan”da quraşdırılmış mikroyosun Bioreaktorufotosintez yolu ilə karbon qazından oksigenin alınmasını təmin edirvə bioyanacaq, heyvan yemi, bioloji məhsul və s. kimi müxtəlifməqsədlər üçün istifadə edilə bilən biokütlənin formalaşmasıprosesinin laboratoriya şəraitində izlənilməsinə şəraityaradır.
“Eko Məkan”da enerji səmərəliliyini təmin etmək və bərpa olunanenerji infrastrukturunu qurmaq üçün fotovoltaik çeviricilərdən(“solar panel”) istifadə olunur. Məkanın enerji təchizatı (xüsusiişıqlandırma, müxtəlif elektron ölçmə cihazlarının enerji təminatı,mobil qurğuların enerji qidalandırılması və s.) əsasən fotovoltaikçeviricilərin bazasında hazırlanmış enerji mənbələrinə əsaslanır.Bu, Universitetin ekoloji prinsiplərə uyğun fəaliyyəti ilə yanaşı,tələbələrə enerji səmərəliliyi və ekoloji təmiz enerjitexnologiyalarının tətbiqi barədə biliklər verəcək.
“Eko Məkan”da ətraf mühitə dair məlumatların rəqəmsal şəkildəalınaraq təhlil edilməsi və tədqiqatların nəticələrinin rəqəmsalplatformalar üzərindən paylaşılması məqsədilə rəqəmsaleko-informasiya sistemi quraşdırılıb.
Məkandakı “AQMesh” - Hava Keyfiyyətinin Rəqəmsal MonitorinqiSistemi müxtəlif tipli sensorlar vasitəsilə atmosferdə müxtəlifqazların, o cümlədən azot dioksidi (NO₂), karbon dioksidi (CO₂),ozon (O₃), kükürd dioksidi (SO₂) və digər zərərli maddələrinmiqdarını təyin edir, atmosferin çirklilik səviyyəsini anındaizləməyə imkan verir.
“Davis Vantage Pro2” - Rəqəmsal Hava Məlumatı Sistemi küləyinsürəti və istiqaməti, külək vasitəsilə havanın soyuma və qızmaindeksi, temperatur, rütubətlik, təzyiq və şeh nöqtəsi kimiparametrləri ölçməyə və xüsusi ekranda və mobil tətbiqlərvasitəsilə paylaşmağa imkan verir.
Ekoloji problemlərin həlli, iqlim dəyişikliyi və təbiiresursların qorunması mövzularında gənclərin məlumatlandırılması,Universitetin elmi potensialı ilə ekologiya sahəsində fəaliyyətgöstərən dövlət və qeyri-hökumət təşkilatları arasında qarşılıqlıəməkdaşlığın inkişaf etdirilməsi layihənin əsas məqsədlərindənbiridir. İnteraktiv seminar və təlim sahəsində tələbə vəmüəllimlərin iştirakı ilə “Eko Məkan”da müxtəlif ekolojimaarifləndirmə tədbirləri, təlimlər və praktiki seminarlarkeçiriləcək. Qeyd edək ki, “Eko Məkan” BDU-nun bir sıra beynəlxalquğurlara imza atmış Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinintabeliyində fəaliyyət göstərəcək. Bu Mərkəzdə tələbə və müəllimlərüçün təbiətə həsr olunmuş ekoturlar, təbiət yürüşləri və ətrafmühitin müxtəlif ekosistemlərinin öyrənilməsi üzrə tədbirlər dətəşkil ediləcək, tələbələrin birbaşa iştirakı ilə ekolojimövzularda elmi-tədqiqat layihələri və təcrübə proqramları,tələbələr arasında ekoloji layihələr üzrə müsabiqələr təşkilolunacaq, ekoloji məsələlərə dair innovativ həll yolları təqdimediləcək.
Qeyd edək ki, layihə çərçivəsində həyata keçiriləcək tədbirləryalnız BDU-nun tələbələri üçün deyil, ölkənin ümumtəhsilməktəblərinin şagirdləri və digər ali təhsil müəssisələrinintələbələri, ümumilikdə geniş ictimaiyyət üçün nəzərdə tutulub. “EkoMəkan”da həyata keçiriləcək tədbirlər sayəsində ətraf mühitinqorunması mövzusunda geniş ictimai maarifləndirmə işləriaparılacaq, BDU-nun sosial fəaliyyəti daha da gücləndiriləcək.
“Eko Məkan”ın yaşıl sahələrində Azərbaycan RespublikasıEkologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi Hirkanşümşadı (“Buxus hyrcana”), Oleandr (“Nerium Oleander”), Avropaərgəvanı (“Cercis siliquastrum”), Yapon birgözü (“Ligustrumjaponicum texanum”), Budaqlı danaya (“Danae racemosa”), Həmişəyaşılbaşınağacı (“Viburnum tinus”), Qərb tuyası (“Thuja occidentalis”)və s. kimi nadir bitkilər də əkilib, xüsusi milli dizaynlıoturacaqlar quraşdırılıb.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) (SustainableDevelopment Goals - SDG) dəstək olacaq “Eko Məkan” gənclər və genişictimaiyyət arasında ekoloji təhsilin təşviqi, təbiətinqorunmasının vacibliyi barədə məlumatların çatdırılması baxımındanSDG-4 (Keyfiyyətli təhsil), şəhər ərazilərində yaşıl sahələrinartırılması və şəhərlərin ekoloji cəhətdən dayanıqlı olmasıbaxımından SDG-11 (Dayanıqlı şəhərlər və icmalar), iqlimdəyişmələrinin təsirlərinin azaldılması, bu dəyişmələrəuyğunlaşmaq, davamlı enerjidən və təbii resurslardan səmərəliistifadə üçün tədbirlərin həyata keçirilməsi baxımından SDG-13(İqlim dəyişikliyi ilə mübarizə), təbiətin və yerüstüekosistemlərin və bioloji müxtəlifliyin qorunması və bərpası,xüsusilə nadir və məhv olmaq təhlükəsi ilə üzləşən bitki növlərininmühafizəsi baxımından SDG-15 (Yerüstü ekosistemlərin qorunması), vəmüxtəlif təşkilatlar, yerli və beynəlxalq tərəfdaşlar ilə birgəəməkdaşlıq çərçivəsində resursların və təcrübələrin paylaşılması,habelə ekoloji sahədə yeni təşəbbüslərin inkişafı baxımından SDG-17(Məqsədlər üçün tərəfdaşlıq) məqsədlərinə uyğun fəaliyyətgöstərəcək. Layihə DİM-lərə nail olmaq üçün ekoloji təhsil iləyanaşı, biomüxtəlifliyin və ekosistemlərin davamlılığını təminetmək üçün əhəmiyyətli nümunə hesab edilə bilər.
Layihə çərçivəsində BDU yalnız yerli ekoloji təşkilatlarladeyil, beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq etməkniyyətindədir. Bu əməkdaşlıq sayəsində ətraf mühitin qorunmasımövzusunda qabaqcıl təcrübələrin Azərbaycana gətirilməsi və yerliekoloji təşkilatların fəaliyyətlərinin beynəlxalq səviyyədətanınması üçün zəmin yaradılacaq. Təşkil olunacaq könüllülükproqramları əsasında tələbələrin yerli və beynəlxalq ekolojifəaliyyətlərə cəlb olunması planlaşdırılır.
Ölkənin şagird, tələbə və gənc tədqiqatçıları arasında yaşıltexnologiyalardan daha geniş istifadənin və elmi tədqiqatlardaekoloji yanaşmaların tətbiqinin təşviqi, habelə Azərbaycanın “yaşılartım” ölkəsinə çevrilməsi istiqamətində gənclər arasındaəlaqələrin genişləndirilməsi baxımından “Eko Məkan”ın çöxşaxəlifəaliyyətinə inanırıq.
Qeyd edək ki, "Eko Məkan" dövlət-özəl tərəfdaşlığı çərçivəsindəBDU ilə "Bayramli Group”, həmçinin "LU-MUN Holding" və "Azecolab"şirkətləri ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. AzərbaycanRespublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi layihəyəxüsusi dəstək verib. Davamlı inkişaf prinsiplərini dəstəkləyən butərəfdaşlıq çərçivəsində hər bir tərəf öz resursları və imkanlarıhesabına “Eko Məkan” layihəsinin inkişafına dəstək verəcək,layihənin uzunmüddətli istifadəsinə və cəmiyyət üçün faydasınınartırılmasına xidmət edəcək.