AZ

COP29-da “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı fəaliyyəti üzrə Yol Xəritəsi” HAZIRLANDI

Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi (SBFN), IPSF və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq edərək “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı fəaliyyəti və müqayisəsi üzrə Yol Xəritəsi”ni hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov COP29 çərçivəsində keçirilən “Qlobal Dayanıqlı Maliyyə: Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı fəaliyyəti və müqayisəsi üzrə Yol Xəritəsi” tədbirində deyib.
 

O bildirib ki, bu sənəd bütün dünyada dayanıqlı maliyyənin genişləndirilməsini dəstəkləyəcək.


“Yol xəritəsi uyğunlaşma üçün vacib olan üç əsas elementi vurğulayır. İlk növbədə, iqtisadi fəaliyyətlərin əsas istiqamətini müəyyən edəcək. Xüsusilə inkişaf etməkdə olan bazarlar və inkişaf etməkdə olan iqtisadiyyatlar üçün dekarbonizasiya prosesinə xüsusi diqqət yetirilir. Həmçinin sənəd G20 təlimatlarına uyğun olaraq Taksonomiya Prinsipləri və Əsas Meyarlara uyğunlaşma üçün Ümumi Texniki Yanaşmaları hazırlayacaq. Son olaraq, taksonomiyalar vasitəsilə keçidin maliyyələşdirilməsi üçün ümumi yanaşmalar formalaşdırılacaq”, - deyə Mərkəzi Bankın sədri bildirib.

T.Kazımov bu təşəbbüsün iqlim maliyyələşdirilməsini genişləndirmək üçün daha böyük potensial açacağını və yaşıl iqtisadiyyata keçidi sürətləndirəcəyini qeyd edib.

Bizim.Media

Seçilən
58
bizim.media

1Mənbələr