AZ

“Sankt-Pauli” klubu “X” sosial şəbəkəsini tərk etdiyi açıqladı

Almaniyanın “Sankt-Pauli” futbol klubu iş adamı İlon Maska məxsus “X” (keçmiş “Twitter”) sosial şəbəkəsini tərk etdiyini açıqlayıb.

Arena.az bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

Klub bundan sonra öz fəaliyyətini bu şəbəkədə işıqlandırmayacaq. Klub rəhbərliyinin müvafiq qərarına rəvac vermiş səbəblər arasında, sahibkar İlon Maskın 2024-cü ildə ABŞ-da keçirmiş prezident seçkilərində Donald Trampın namizədliyini fəal surətdə dəstəkləməsi də var.

Almaniya klubununu müvafiq bəyanatında deyilir:

“Mask “Twitter”i ələ keçirəndən bəri, platforma əvvəllər bu adla məlum idi, o, “X”-i nifrət makinəsinə çevirib. İrqçilik və qəsd nəzəriyyələrinin nəzarətsiz yayılmasına icazə verilir. Söz azadlığı kimi təqdim edilən təhqir və hədələrə görə isə nadir hallarda cəzalar tətbiq edilir.

Bundan əlavə, Donald Tramp seçkilərdəki qələbəsindən sonra Maskı yeni hökumət departamentinə rəhbər təyin etdi. Mask Trampın əsas tədbir donorlarından biri olub və bu məqsədlər üçün “X”-dən istifadə edib. Ehtimal etmək olar ki, “X” Almaniyada qarşıdan gələn seçki tədbiri zamanı da avtoritar, insansevməz və ifrat sağçı məzmunu təbliğ edəcək, ictimai müzakirələri idarə edəcək.

“Sankt-Pauli” Futbol Klubu “X”-in istifadəsini məhdudlaşdırıb və getdikcə müxtəlifliyi və əhatəliliyi dəstəkləyən və nifrətə qarşı çıxış edən siyasi bəyanatlar dərc edir. Klub artıq “X”-də fəaliyyətini dayandıracaq. Hesab daha istifadə edilməyəcək, amma son 11 ildəki məzmun tarixi dəyərinə görə onlayn əlçatan olaraq qalacaq”, – klub mövqeyini açıqlayıb.

“Sankt-Pauli” Almaniya Bundesliqasının 10 turundan sonra 8 xalla yarış cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

“Sankt-Pauli”nin “Twitter” hesabı 2013-cü ildən mövcuddur. Sosial şəbəkədən çıxış haqda müvafiq bəyanatı açıqlandığı zaman, klubun şəbəkə hesabında 250 mindən çox abunəçinin olduğu bildirilir.

Seçilən
36
arena.az

1Mənbələr