AZ

"Kapital Bank" işçi axtarır - VAKANSİYA

Kapital Bank

Kredit risklərinin təhlili departamentinin Korporativ kreditlərin təhlili şöbəsinin mütəxəssisi

Son tarix 14 dek 2024 - Müraciət et

Bank haqqında

Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.

Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.
Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək  enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.

Rol haqqında

Komandamıza qoşulmaq üçün detallara diqqətli, analitik düşünmə bacarığı olan, daimi inkişafa yönümlü əməkdaş axtarırıq. İdeal namizəd müştərilərin kredit və digər müvafiq müraciətlərini qiymətləndirəcək və şirkətin siyasət və qaydalarına uyğunluğunu təmin edərək ödəmə qabiliyyətini müəyyən edəcək.

Öhdəliklər

  • Borcalanın maliyyə vəziyyətini qiymətləndirmək üçün müştəri müraciətləri (kredit və ya sənədli əməliyyat məhsulu) üzrə müştəriyə müvafiq sorğuların göndərilməsi
  • Müştəri sifarişinin analizi zamanı daxil olan məlumatların standardlara əsasən yığılması və emal edilməsi 
  • Borcalana kredit və ya sənədli əməliyyat məhsulu verilməsi ilə bağlı risklərin müəyyən edilməsi üçün müştəri tərəfindən verilən hesabatların, müştəri tarixçəsinin və digər məlumatların qiymətləndirilməsi
  • Mənfəət və Zərər, Balans hesabatı və nağd pul axını üzrə göstəricilərin yoxlanması üçün mənfəət vergi bəyannamələrinin və digər maliyyə hesabatlarının qiymətlənləndirilməsi
  • Təhlil nəticəsində müştərinin ümumi maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi və yekun müvafiq rəylərin yazılması
  • Təhlil nəticəsində komitəyə çıxan keyslərə yazılan rəyə uyğun dəstək verilməsi • Müştərilərə müvafiq komitələrdə qoyulan şərtlərə nəzarət edilməsi və müvafiq addımların atılması 

Sizin barənizdə: 

  • Ali təhsil (maliyyə/ iqtisadi); 
  • ACCA (xüsusən F3 və F7) və CFA sahəsində nailiyyətlər arzuolunandır; 
  • Maliyyə hesabatlarına dair müvafiq biliklərə sahib olması; 
  • Araşdırma və analitik düşünmə bacarığı; 
  • Qərarvermə və kollektiv mühitdə işləmə qabiliyyəti; 
  • Microsoft Office-də (əsasən Word və Excel) işləmək qabiliyyəti;
  • Təqdimatların hazırlanması; 
  • Bu səhədə min. 2 illik iş təcrübəsinin olması

İşə qəbul prosesi

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

  • CV yoxlanışı 
  • Müsahibə
  • İmtahan 
  • Yekun müsahibə

Bizimlə işləməyin üstünlükləri

  • Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • İş modeli: Hibrid
  • Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var. 
  • Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.


Namizədlər üçün sosial media bağlantıları

  • Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.
Seçilən
77
fed.az

1Mənbələr