Ermənistanın baş naziri Nikol Paşinyan yeni imici ilə diqqət çəkib.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, o, saqqalını və bığını qırxıb.
Bunu əks etdirən görüntüləri Paşinyan özünün rəsmi facebook hesabında paylaşıb.
“Salam, boz saqqal”, – deyə Paşinyan niyə məhz indi belə qərar verdiyini izah etmədən videonu imzalayıb.
Qeyd edək ki, saqqal müəyyən mənada Ermənistanda hakimiyyət dəyişikliyinin simvolu idi. Elə buna görə də 2018-ci ildə baş verən küçə etirazları zamanı və ondan sonra Paşinyanın demək olar ki, bütün tərəfdaşları saqqal saxlayıblar.
Həmin görüntüləri təqdim edirik: