AZ

CAR-da 50 şagird zəhərlənmə səbəbindən xəstəxanaya yerləşdirilib

CAR-ın şimalındakı Limpopo əyalətində 50 ibtidai məktəb şagirdi qida zəhərlənməsi şübhəsi ilə təcili xəstəxanaya yerləşdirilib.

Bu barədə SABC radio stansiyasının efirində əyalətin səhiyyə departamentinin nümayəndəsi Nil Şikvambana məlumat verib.

“İlkin olaraq Giyani şəhər məktəbinin 39 şagirdi xəstəxanaya yerləşdirilib, bir müddət sonra daha 11 şagirdə təcili tibbi yardım lazım olub”, – o bildirib. “Onların hamısı məktəb yeməkxanasında milli məktəb qidalanma proqramı çərçivəsində verilən sıyığı yedikdən sonra mədələrində ağrı hiss ediblər”.

Limpopo sanitariya xidmətinin əməkdaşları analiz üçün qida nümunələri götürüblər.

Mənbə: report.az

Seçilən
50
6
report.az

10Mənbələr