AZ

Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb

Bakıda qətl törətməkdə təqsirləndirilən Mehman Məmmədovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

“Report” xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Anar Sadıqovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyulun 7-də Bakının Suraxanı rayonu Binə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, əvvəllər məhkum olunmuş və axtarışda olan 1983-cü il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən saxlanılarkən bıçaqla müqavimət göstərib.

Rəsmi məlumata görə, o, saxlanılarkən polis əməkdaşı 1986-cı il təvəllüdlü Fəxrəddin Nəsirova bıçaqla xəsarət yetirərək qətlə yetirib.

Mehman Məmmədov Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinir.

Seçilən
25
12
azpolitika.info

10Mənbələr