AZ

Dövlət Sosial Müdafiə Fondu 1.2 milyonluq obyekt icarəyə götürüb

Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Amil Qinyaz oğlu Bayramov ilə təxminən 1.2 milyon manatlıq müqavilə bağlayıb.

Mia.az Banker.az-a istinadla xəbər verir ki, müqavilədə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 1 188 000 AZN təşkil edir.

Qiymət minimum 3000 m2 civarında sahəyə görə 24 ay müddət üçün nəzərdə tutulmalıdır.

Seçilən
46
mia.az

1Mənbələr