AZ

"İsrailə lazım olan anda və güclü cavab verəcəyik" - İran ordusunun baş komandanı

İran ordusunun baş komandanı Əbdürrəhim Musəvi jurnalistlərə açıqlamasında Tehranın İsrailin təhdidlərinə cavab verməyə hazır olduğunu bildirib.

"AzPolitika" xəbər verir ki, o, İsrailin addımlarına cavab veriləcək vaxtın və bunun formasının İslam  Respublikası tərəfindən müəyyən ediləcəyini deyib.

"Bu, cavab həlledici və sarsıdıcı olacaq. İranda hərbi qüvvələrlə yanaşı, bütün insanlar xalq səfərbərliyi rolunda inqilabı və ölkənin ərazi bütövlüyünü müdafiə etməyə hazırdır. Ehtiyac olarsa, cavab verməkdə heç bir gecikmə və tərəddüd etməyəcəyik",-deyə o, bildirib.

"AzPolitika.info"

Seçilən
41
azpolitika.info

1Mənbələr