AZ

"Azərbaycan millisinin heç vaxt qazanmadığı uğurları əldə etməyi planlaşdırmışam" - Fernandu Santuş

Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının V turunda Qəbələdə Estoniya ilə keçiriləcək matçdan öncə mətbuat konfransı keçirib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanın durumunu dəyərləndirib:

"Komanda Estoniya ilə oyuna yaxşı hazırlaşıb. Oyunöncəsi son məşqin günün ilk yarısında keçirilməsində məqsəd futbolçuların matça qədər daha çox vaxtının qalmasıdır. Ona görə düşündük ki, qarşılaşmaya qədər hazır olmaq üçün 24 saat vaxtları olsun. 
Oyunları təhlil edəndə çatışmazlıqlara baxırıq. Son iki matça nəzər salsaq, komanda yaxşı oynadı. Futbolçularımız inkişaf edirlər. Estoniya ilə səfər görüşündə komandamız yaxşı oyun nümayiş etdirdi. Hər şey qaydasında idi, amma qapımızdan gözlənilməz qollar buraxdıq və məğlub olduq. Amma etdiyimiz səhvləri görürük və üzərində işləyib aradan qaldırmağa çalışırıq. Slovakiya ilə qarşılaşmada da yaxşı oyun göstərirdi, lakin oyunçumuz qırmızı vərəqə aldığı üçün 10 nəfərlə qaldıq. Futbol belə balaca detallardan ibarətdir”.

Santuş müqaviləsi barədə də danışıb: “Mən bura 2028-ci ilə qədər çalışmaq üçün gəlmişəm. Məqsəd yaxşı heyət qurmaqdır. Elə şeylər əldə etmək istəyirik ki, Azərbaycan indiyədək buna nail olmayıb. 2027-ci ildə bütün bunları təhlil etmək olacaq”.

Qeyd edək ki, Azərbaycan - Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Seçilən
38
2
fanat.az

3Mənbələr