AZ

SON DƏQİQƏ! Ərdoğandan SENSASİON ANONS: Yeni hərbi əməliyyatlar OLACAQ! – CANLI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında kürd silahlı qüvvələrinə qarşı yeni hərbi əməliyyatların keçiriləcəyini istisna etməyib.

Publika.az xəbər verir ki, Ərdoğan bu əməliyyatların ölkənin təhlükəsizliyini təmin etmək üçün vacib olduğunu bildirib.

“Əgər təhlükə hiss etsək, hər an hərbi əməliyyatlara başlamağa hazırıq. Suriyanın ərazi bütövlüyünə hörmətimizi şübhə altına almamalıyıq, Suriyanın şimalında tam qeyri-sabitlik var”, - Ərdoğan bildirib.

Onun sözlərinə görə, Suriyada hökm sürən qeyri-sabitlik və orada fəaliyyət göstərən “terror təşkilatları” Türkiyənin təhlükəsizliyini təhdid edir.
"İslam Dövləti" (İŞİD) terror təşkilatına və PKK-ya qarşı bütün hərəkətlərimiz öz təhlükəsizliyimizi təmin etmək məqsədi daşıyır. Bundan sonrakı addımlarımız da bu problemin həllinə yönəlib", - Türkiyə prezidenti deyib.

Xatırladaq ki, Ərdoğan Suriyanın şimalında müxalif qrupların nəzarəti altında 30 kilometrlik təhlükəsizlik zonasının yaradılmasını başa çatdırmağı planlaşdırdığını dəfələrlə bəyan edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

Seçilən
19
26
musavat.com

10Mənbələr