AZ

Ukraynaya nüvə bombası niyə lazım deyil?

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, onun ölkəsi nüvə bombası yaratmaq niyyətində deyil, çünki bu, cəbhədəki vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə biləcək qərar deyil.

“Əgər bu, həqiqətən də cəbhədə baş verənləri dəyişdirə biləcək bir qərar olsaydı, bütün hüquqi və reputasiya çətinliklərinə baxmayaraq,buna getmək olardı.Lakin bu, bizə cəbhədə əhəmiyyətli dəyişikliklər gətirəcək bir qərar deyil”, - məsləhətçi “RBC-Ukrayna” “YouTube” kanalında bildirib.

O, əmindir ki, cəbhədəki dəyişikliklərə kifayət qədər sayda silah, xüsusən uzaqmənzilli silahlar, eləcə də Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verəcək razılaşma , səbəb ola bilər.

"Bu, mütləq cəbhədə dəyişikliklərə səbəb olacaq və bunun üçün bizə hərbi istehsala investisiya dəstəyi və anbarlarda olan silahların birbaşa tədarükü lazımdır", - Podolyak qeyd edib.

Bir gün əvvəl “The Times” Ukrayna Müdafiə Nazirliyi üçün hazırlanmış analitik qeydə istinadən yazıb ki, Tramp ABŞ-ın hərbi yardımını dayandıracağı təqdirdə Ukrayna plutoniumdan istifadə etməklə guya elementar nüvə bombası hazırlaya bilər.

Xarici İşlər Nazirliyi Ukraynanın nüvə bombası yarada biləcəyi ilə bağlı məlumatları təkzib edib. Xarici İşlər Nazirliyinin nümayəndəsi Tixiy bildirib ki, Ukrayna nüvə silahının yayılmaması haqqında müqaviləyə sadiqdir, onu inkişaf etdirmir və yaratmağı planlaşdırmır.

Almaz Həsənli

Seçilən
53
oxumeni.az

1Mənbələr