AZ

Klinton: “Monikadan birbaşa üzr istəməmişəm”

Klinton:

1998-ci ildə ABŞ prezidenti olarkən Ağ evdə təcrübə keçən Monika Levinski ilə cinsi əlaqəsi ilə qalmaqal yaradan Bill Klinton yeni “Vətəndaş” adlı kitabında da bu mövzuya toxunub.

Reyting.az
xəbər verir ki, kitabında birbaşa olaraq Levinskidən üzr istəmədiyini yazan Klinton mövzuya qısaca diqqət ayırıb.

“Mən ondan birbaşa üzr istəmədim, amma dedim ki, ondan və haqsızlıq etdiyim hər kəsdən üzr istəyirəm. Monika da zorakılığa qarşı mübarizə apardığı üçün tanınıb və ona ən yaxşısını arzulayıram”,- Klinton kitabında yazıb.

İllər sonra Monika Levinski hadisəni özündən 27 yaş böyük olan Klintonun səlahiyyətlərindən sui-istifadə etməsi kimi şərh edib.

V. QULİYEV
Seçilən
23
reyting.az

1Mənbələr