AZ

"Kartdan karta" köçürənlər 6000 manatadək cərimələnə bilər

Bəzən xidmət və iaşə obyektlərində post terminalın işləməməsi əsas gətirilir. Bu halda satıcılar adətən alıcılardan ödənişi ya nağd verməyi, ya da karta atmalarını istəyirlər. Baxmayaraq ki, bu qanun pozuntusudur. Qanunun tələbinə əsasən istehlakçının tam hüququ var ki, ödənişi etmək üçün satıcıdan posterminal tələb etsin.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, "kartdan karta" köçürülməklə aparılması həm qanunvericiliyin, həm də istehlakçıların hüquqlarının pozulması deməkdir. Bu konkret olaraq alıcının alqı-satqı zamanı bəzi əsas hüquqlarını məhdudlaşdırır.

Dövlət Vergi Xidməti nəzərə çatıdırır ki, bu qanun pozuntusu əsasən vergidən yayınmaq məqsədi daşıyır.

Bildirilib ki, qeyd olunan əməliyyatlara yol verən sahibkarlara qarşı vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər.

Sahibkarlar təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox hallarda yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında:

Seçilən
43
15
news365.az

10Mənbələr