AZ

Bu amil ölkəmizin dövlət siyasətinin ana xəttinədən qaynaqlanır



İqlim dəyişikliklərinin kiçik ada dövlətlərinə bütün digər ölkələrdən daha çox təsir göstərdiyi kimsəyə sirr deyil. Çünki bu dövlətlərdə yaşayan insanların həyatı, gündəlik birbaşa təbiətlə bağlıdır. Əgər qlobal istiləşmə nəticəsində okeanın suyu 1 metr belə qalxarsa, bu kiçik ada dövlətlərində yaşayan on, bəlkə də yüzminlərlə insanın əkin sahələrini, evlərini və hətta həyatlarını itirməsi deməkdir. Bu baxımdan, Prezident İlham Əliyevin kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət ayırması, qlobal arenada onların səsinin eşidilməsi üçün bütün mümkün imkanlardan istifadə etməsi, dövlətimizin başçısının humanizm dəyərlərinə yüksək münasibətindən, ölkəmizin bu amili özünün dövlət siyasətinin ana xəttinə çevirməsindən qaynaqlanır.

Bu sözləri Modern.az saytına açıqlamasında Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışını şərh edən Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili Azərbaycanın kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirdiyini vurğulaylıb və qeyd edib ki, ölkəmiz təbii fəlakətlərlə qarşı-qarşıya qalan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardımlar göstər:

“Cənab Prezidentin qeyd etdiyi kimi ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərilib. Bu, torpaqları 30 ilə yaxın işğal altında qalan və viran qoyulan, ərazisinin 20%-dən çoxunu, müəyyən istisnalar olmaqla, heç bir kənar dəstək olmadan minalardan təmizləyərək yenidən quran bir dövlət üçün çox böyük göstəricidir. Məlum olduğu kimi Azərbaycan Prezidenti öz nitqində ölkəmizin Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırdığını da bəyan edib. Bu faktın özü, dövlətimizin kiçik ada dövlətlərinin problemlərinin həllinə sistemli və davamlı yanaşdığının göstəricisi kimi dəyərləndirilməlidir”.

aia.az



Seçilən
27
aia.az

1Mənbələr