AZ

Qırğızıstanın incəsənət ustaları Bakıda çıxış ediblər

Qırğızıstanın incəsənət ustaları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olublar və "Adəm" adlı balet tamaşasını nümayiş etdiriblər.

Teatrdan Kulis.az-a bildirilib ki, aktyor-rejissor Zamirbekov Çaqaldak və balet artisti Alina Mambetalievanın quruluşunda təqdim olunan bu balet-tamaşa Qırğızıstanın "Artist" teatr truppasının təşəbbüs qrupu ilə Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının birgə layihəsidır.

Balet-tamaşanın nümayişindən əvvəl onun haqqında geniş məlumat verilib və qeyd edilib ki, "Qırğızıstan Tələbələri Yaşıl İqtisadiyyat Naminə” İctimai Birliyi və ATƏT-in Bişkekdəki Proqram Ofisinin dəstəyi ilə ərsəyə gələn bu layihənin əsl mahiyyəti dünya əhalisini planetin ekoloji tarazlığının bərpası naminə birgə mübarizəyə çağırışdır.

Sonra Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov və Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Mader Maşiyev bu layihənin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə məhz Bakıda təqdimatının heç də təsadüf olmadığını bildirib və yaşıl dünya naminə bir yumruq kimi birləşməyin, həmrəyliyin vacibliyini qeyd ediblər.

Təbiətin harmoniyasının bərpası və yaşıl dünyanın qələbəsi ilə bitən “Adəm” tamaşası izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Seçilən
66
kulis.az

1Mənbələr