AZ

Azərbaycanda avtomobillər ucuzlaşır – 12 min manata qədər endirimlər olacaq

Xarici ölkələrdə keçirilən “Qara cümə” endirim kampaniyaları Azərbaycandakı mağazalarda da baş tutacaq. Sözügedən kampaniyaya bir çox sektorun qoşulacağı şübhəsizdir. Həmin sahələrə avtomobil markaları da aiddir. Bir çox brendlər yeni avtomobil satışları zamanı xüsusi maliyyələşdirmə və endirim kampaniyaları təklif edir. Bu müddət ərzində alıcılar, xüsusən də lüks avtomobillər və populyar modellərdə böyük sövdələşmələrdən yararlana bilərlər.

Məsələni şərh edən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev prosesin necə baş tutacağından söz açıb.

“Hər ilin sonunda “Qara cümə” adlı aksiya keçirilir. Nəzərə alaq ki, hər ilin sonunda avtomobil markalarında endirim kampaniyaları baş tutur. Endirim kampaniyaları əsasən, dekabr ayı üçün nəzərdə tutulur. Amma biz artıq son 3-4 ildə müşahidə edirik ki, avtomobil sektorunda “Qara cümə” ərəfəsində xüsusi endirimlər olur”.

Ekspert avtomobillərdə 3-12 min manat arası endirimlərin olacağını da bildirib:

“Avtomobillərin markasından asılı olaraq 3 min manatdan, 12 min manata qədər endirimlər baş tutur. Bu da “stoku əritmək” mənasını daşıyır. Məlumdur ki, 2024-cü ilin avtomobili 2025-ci ildə öz dəyərini itirir. Ümumiyyətlə, hər bir sahə üzrə bu “qara cümə” kampaniyalarının keçirilməsində məqsəd stokda olan məhsulları mümkün qədər satıb yeni ilə daha az məhsulla daxil olmaqdır”.

(yenisabah)

Seçilən
45
6
avtosfer.az

7Mənbələr