AZ

Vinisius hakimi təhqir etdi

"Real Madrid"in və Braziliya millisinin hücumçusu Vinisius Junior DÇ-2026-nın seçmə mərhələsinin Venesuela ilə görüşündə baş hakimi təhqir edib.

 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, xüsusən də forvard hakimi cəhənnəmə göndərib.

 

Belə ki, matçın 43-cü dəqiqəsində "Pentakampeon"un yarımmüdafiəçisi Rafinya hesabı açıb.

 

Fasilədən dərhal sonra əvəzedicidən meydana çıxan venesuelalı yarımmüdafiəçi Telasko Seqoviya cavab qolunu vurub.

 

62-ci dəqiqədə "Real Madrid"in hücumçusu Vinisius Junior Braziliyaya qələbə qazandıra bilərdi, lakin onun penaltini meydan sahiblərinin qapıçısı Rafael Romo dəf edib.

 

89-cu dəqiqədə Venesuela millisinin müdafiəçisi Aleksandr Qonzales birbaşa qırmızı vərəqə alıb. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

 

11 oyundan 17 xal toplayan Braziliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində KONMEBOL turnirində üçüncü pillədə qərarlaşıb.

Seçilən
29
sfera.az

1Mənbələr