AZ

Abxaziyada yenidən ara qarışdı

Abxaziyada etirazçılar parlamentə basqın ediblər.

"Cebheinfo.az" xəbər verir ki, polis etirazçılara gözyaşardıcı qazlarla  müdaxilə edib.

Yüzlərlə insan Moskva ilə investisiya sazişinə etiraz edib. Bəzi abxazlar narahatdırlar ki, sövdələşmə onları daşınmaz əmlak bazarından çıxarmağa məcbur edəcək.

Rusiyanın “Ria Novosti agentliyi toqquşmalarda iki nəfərin yaralandığını bildirib.

Xatırladaq ki, həftənin əvvəlində Abxaziya parlamenti “Çoxfunksiyalı komplekslərin hüquqi statusunun tənzimlənməsi haqqında” Qanun qəbul edib. 

Bu sənəd oktyabrın 30-da Moskvada imzalanmış investisiyalar üzrə Rusiya ilə hökumətlərarası sazişin bəzi konsepsiyalarını tənzimləyir. Bu müqavilə Rusiya şirkətlərinə Abxaziyada investisiya layihələri həyata keçirməyə imkan verir.

Müxalifət sazişi ölkənin iqtisadi suverenliyinə zərər vuran hesab edir və söhbətin Abxaziya ərazisindəki mənzillərin Rusiya tərəfinə satılmasından getdiyini iddia edir və vətəndaşları küçələrə çıxmağa çağıraraq sənədin ratifikasiyasına qarşı çıxır.

Seçilən
51
cebheinfo.az

1Mənbələr