AZ

UNEC-də keçirilən CASI Davamlı Maliyyə Forumu uğurla başa çatıb (FOTO)

Bakı. Trend:

Noyabrın 15-də UNEC-də təşkil olunan CASI Davamlı Maliyyə Forumuuğurla başa çatıb.

CASI, UNEC və Azərbaycan COP29-un Davamlılıq üzrə YüksəkSəviyyəli Çempionu tərəfindən təşkil olunmuş forumda dövlətqurumları, maliyyə institutları və özəl sektordan 200-ə yaxıniştirakçı bir araya gəlib.

Forumun əsas məruzəçiləri arasında CASI və Maliyyə və Davamlıİnkişaf İnstitutunun (IFS) sədri Ma Jun, UNEC-in beynəlxalqəlaqələr və proqramlar üzrə prorektoru Hüseyn Həsənov, BMT-ninsabiq icraçı direktoru Erik Solheim, Azərbaycan Mərkəzi Bankınınicraçı direktoru Şahin Mahmudzadə və BMT-nin Məsul İnvestisiyaPrinsipləri təşkilatının (UNPRI) icraçı direktoru David Atkin yeralıb.

COP29 kontekstində təşkil edilən forumda məruzəçilər davamlımaliyyə, karbon qiymətləndirməsi və yaşıl maliyyələşməstrategiyaları üzrə təcrübə və perspektivlərini auditoriya iləbölüşüblər. Həmçinin inkişaf etməkdə olan ölkələrin davamlıinkişafa keçidini dəstəkləyəcək yaşıl maliyyələşdirməmexanizmlərinə xüsusi diqqət ayırıblar.

Forumda bildirilib ki, neft və qaz ixracatçısı kimi tanınanAzərbaycanda iqlim dəyişikliyinin yaratdığı risklər fonundaiqtisadiyyatın diversifikasiyası istiqamətində mühüm addımlaratılmaqdadır. Ölkə 2035-ci ilə qədər istixana qazı emissiyalarını40%, 2050-ci ilə qədər isə 70% azaltmağı qarşısına məqsəd qoyub. Buməqsədə nail olmaq üçün Azərbaycan Mərkəzi Bankı 2022-2025-ciilləri əhatə edən Davamlı Maliyyə Fəaliyyət Planını həyatakeçirir.

Forum çərçivəsində davamlı inkişaf üzrə qlobal çağırışlar, yerlivə regional səviyyədəki imkanlar barədə geniş müzakirələraparılıb.

UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
UNEC-də
Seçilən
71
8
az.trend.az

9Mənbələr