AZ

Ərindən həftəlik 100 dollar alıb "evdar qadın" oldu: Feministlərə belə cavab verdi

Amerikalı qadın “ənənəvi” həyat yoldaşı olmaq üçün işini tərk edib. Əri ona yemək bişirmək və təmizlik üçün həftədə təxminən 100 dollar ödəyir.

Publika.az xəbər verir ki, qadın, onu yalnız saxlanılan qadın olmaq istəməkdə günahlandıran feministlərə cavab verib və ondan nümunə götürsələr, daha xoşbəxt olacaqlarını söyləyib.

28 yaşlı Alissa Ellie "Ərim məni evə qulluq etmək üçün işə götürür" deyib. “Bu, mənim indiyə qədər etdiyim ən yaxşı işdir. Mən digər qadınları da gələcək maliyyə uğurları üçün eyni işi görməyə dəvət edirəm” deyib.

Alissa əri Tom ilə hərbi xidmətdə olarkən tanış olub. O zaman bu müstəqil qızın heç ağlına da gəlmirdi ki, karyera istəklərini daha çox evdə olmaq üçün arxa plana keçirəcək.

Nişanlandıqdan sonra Alissa nişanlısının evə və özünə bir az daha çox diqqət yetirmək istədiyini anlayıb. "Evdə qalsam, münasibətlərimizin fayda verəcəyinə inandım", - qız deyib.

Seçilən
86
50
publika.az

10Mənbələr