Gəncə şəhərində qanunsuz tikintilərlə bağlı aparılan monitorinqlər davam edir.
Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikintilərə qarşı monitorinqlər aparılır.
Bu barədə "Cebheinfo.az"a Gəncə İH-dən bildirilib.
Həyata keçirilən növbəti monitorinqlər zamanı, şəhərin Məhsəti qəsəbəsində, Gülüstan yaşayış massivində yerləşən Tofiq Bağırov küçəsində və şəhərin digər hissələrində müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan qeyr-yaşayış sahəsi aşkarlanaraq söküntüsü təmin edilib.
Qeyd edilib ki, aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
"Cebheinfo.az"