AZ

"Yüzdə bir insanın sağ qaldığı xəstəliyə tutuldum"

Aparıcı Xoşqədəm Hidayətqızı keçirtdiyi ağır xəstəlikdən danışıb.

Ölkə.az axşam.az-a istinadla xəbər verir ki, bu haqda proqramında söz açan aparıcı Almaniyada başına gələn hadisəni bölüşüb. O bildirib ki, onda dünyada yüzdə bir insanın sağala biləcəyi xəstəliyə yoluxub:

"Bu yay Almaniyada xəstə olanda həyatım dəyişdi. Bir alman professorun sayəsində həyatdayam. Dünyada 100 nəfərdən biri bu xəstəlikdən sağ qala bilərdi, mən də qaldım. Üç gün gözlərim yumulu idi. Gözlərimi açdım, baxdım balalarımın əlində fast-food, üstləri isə çirklidir. Dedim ayağa qalxacam, onların məndən başqa anası yoxdur. Çünki bizim evimizdə fast-food yeyilmir, bəzi içkilər alınmır".  

Seçilən
53
16
olke.az

10Mənbələr