AZ

“Avrokuboklara düşmək yox, orda ləyaqətli iştirak vacibdi” – Yaşar Sultanov turnir cədvəlini dəyərləndirdi

Ölkə çempionatında 13 tur geridə qaldı.

Turnir cədvəlinə baxanda komandalar arasında xal fərqi böyük olmasa da, ilk “beşlik”də yer alanlar avrokuboklara daha iddialıdı. Bunlar “Qarabağ”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Zirə” və “Sabah”dı.

Bəs avrokuboklara vəsiqə uğrunda mübarizə yalnız bu klublar arasasında gedəcəkmi?


“Turan Tovuz”un sabiq icraçı direktoru Yaşar Sultanovun fikirlərini öyrənməyi lazım bildik. Onun “Football-plus.az”a söylədikləri:

“Çempionat maraqlı və gərgin keçir. Pillələlər arasında fərq elə də kəskin deyil. Sürprizlər mümkün və labüddü. Komandalarda kəskin səviyyə vərqi də nəzərə çarpmır. Hesab edirəm ki, fasiləyə qədər vəziyyət dəyişə, kimsə güclənə, kimsə zəifləyə bilər. İlk “beşlik”də olan komandaların hamısı avrokuboklara namizəddi. Yenilər arasında “Araz-Naxçıvan”ı görürük. Komanda güclü legionerlər və yerli oyunçulardan ibarətdi. Düşünürəm ki, rəhbərlik iddialı komanda qurub. Hazırda turnir cədvəlində aşkar autsayder də görmürəm. “Kəpəz”, “Səbail” və “Neftçi”nin vəziyyəti bərbad deyil. Son oyunlarda da gördük ki, klublar əvvəlki illərərə nisbətən daha istəkli çıxış edir. Düzdü, “ağ-qaralar” çətin dövrdən keçir. Avropaya hər komanda yollana bilər. Avrokuboklara düşmək yox, orda ləyaqətli iştirak vacibdi. Son mövsümdə də “Qarabağ”dan başqa heç biri yaxşı nəticə göstərmədi”.


RÖYANƏ OĞUZ
Seçilən
52
football-plus.az

1Mənbələr