AZ

Sudanın Cəzirə əyalətindən 343 min insan didərgin düşüb

Sudanın Cəzirə əyalətindən 343 min insan didərgin düşüb

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) 20 oktyabr - 13 noyabr tarixləri arasında Sudanın mərkəzi hissəsindəki Cəzirə əyalətindən 343 min 473 nəfərin məcburi köçkün olduğunu açıqlayıb.BMqT-nin verdiyi açıqlamada 20 oktyabr-13 noyabr tarixləri arasında ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında artan təhlükəsizlik və qarşıdurmaların şiddətlənməsi səbəbindən Cəzirə əyalətindən 343 min 473 nəfərin didərgin düşdüyü bildirilib.Açıqlamada insanların təhlükəsizlik axtarmaq üçün qonşu Qadarif, Kesela və Nil çayı əyalətlərinə keçdiyi paylaşılıb.Digər tərəfdən, fəallardan ibarət “Ortanın Çağırışı” adlı qeyri-hökumət təşkilatının verdiyi açıqlamada HDK-nın Cəzirə vilayətinin Əl-Hilaliyyə şəhərini 21 gündür mühasirədə saxladığı xatırladılıb.Açıqlamada burada həyatını itirənlərin sayının 503-ə yüksəldiyi qeyd edilib.Bildirilib ki, noyabrın 12-də Əl-Hilaliyyə şəhərində güllələrlə vurularaq, istehlak etdikləri qidadan zəhərlənərək və ya tibbi yardım göstərilməməsi səbəbindən dünyasını dəyişənlərin sayı 450-yə çatıb.Mənbə: AA

Seçilən
66
afn.az

1Mənbələr