AZ

Masaj salonlarında ƏMƏLİYYAT: fahişəliyə məcbur olunan 85 qadın xilas olundu

Türkiyədə masaj salonlarında əməliyyat keçirilib.

Əməliyyatlar İstanbul şəhərində bir neçə salonda baş tutub.

Nəticədə qadınları zorla fahişəliyə məcbur edən 18-i qadın olmaqla 38 nəfər saxlanılıb. Həmçinin cinsi istismara məcbur edilən 33-ü əcnəbi, 85 qadın da xilas olunublar. Əcnəbi qadınlar ölkələrinə qaytarılması üçün aidiyyatı şöbəyə təhvil veriliblər.

Bundan əlavə əməliyyat zamanı salonlardan pul, silah, sim kartlar, telefonlar, prezervativlər, təsbeh, üzük və s. əşyalar maddi sübut kimi götürülüb.

Saxlanılanlardan 24 nəfər həbsxanaya satılıb, 14-ü isə şərti azadlığa buraxılıb.//Lent.az

Seçilən
36
4
hurriyyet.az

10Mənbələr