AZ

“Fənərbağça” yoldaşlıq matçında “Zenit”i məğlub ETDİ

Türkiyənin “Fənərbağça” klubu yoldaşlıq oyununda Rusiya təmsilçisi “Zenit”i məğlub edib.

Viral.az xəbər verir ki, “Şükrü Saracoğlu” stadionunda baş tutan matçda ev sahibləri 2:1 hesablı qələbə qazanıb.

Görüşdə hesabı İstanbul kollektivindən 20-ci dəqiqədə Cenk Tosun açıb. 35-ci dəqiqədə ruslar “status-kvo”nu bərpa ediblər. Aleksandr Yerohin adını tabloya yazdırıb. “Sarı-lacıvərdlilər”in qələbə qoluna isə 63-cü dəqiqədə Levent Mercan imza atıb.

Son Yazılar:

Qeyd edək ki, “Fənərbağça”nın Türkiyə Superliqasında 26 xalı var. “Zenit” isə Rusiya Premyer Liqasında 36 xal toplayıb. Hər iki kollektiv öz çempionatlarında ikinci sırada qərarlaşıblar.

Seçilən
33
14
viral.az

10Mənbələr