AZ

İordan çayının qərb sahilində həbslər başlayıb - Bir qrup əsgər isə məscidə soxulub

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin bir çox bölgəsində yenidən həbslərə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat yayıb.

"İsrail əsgərləri ebron şəhərinin qərbindəki Deyr Samet kəndinə basqın edərək 4 fələstinlini qandallayıb. Daha sonra isə Nablusun Balata əl-Beled məhəlləsində bir evə basqın edərək, evi dağıdıb və bir nəfəri özləri ilə aparıblar. ev sahibi evdən qızılarının da oğurlandığını iddia edib. İsrail əsgərləri Hebronun Marah əl-Bakar qəsəbəsinə basqın zamanı isə məscidə soxularaq, orada təhqiramz hərəkətlərə yol veriblər. Əsgərlər minarəyə çıxaraq mahnı oxuyub, rəqs edib, təhqiramiz ifadələr işlədiblər".

Tahir Şəlvəli

MİA.AZ

Seçilən
51
mia.az

1Mənbələr