AZ

“PAŞA Kapital” və “Crossinvest Zürich AG” əməkdaşlıq memorandumu imzalayıb

“PAŞA Kapital” və “Crossinvest Zürich AG” arasında əməkdaşlıq memorandumu imzalanıb.

15 noyabr 2024-cü il tarixində baş tutan imzalama mərasimində PAŞA Kapital İnvestisiya Şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev, Crossinvest Zürich AG-nin İdarə Heyətinin üzvü və İnkişaf Edən Bazarlar üzrə rəhbəri Fəqan Nağıyev iştirak edib. 

Strateji tərəfdaşlığa dair bağlanmış memorandum çərçivəsində, əsasən PAŞA Kapitalın yerli və xarici kapital bazarlarında fəaliyyətinin daha da möhkəmləndirilməsi, Crossinvest Zürich AG-nin xarici investisiya məsləhətçiliyi sahəsində aktivliyinin genişləndirilməsi nəzərdə tutulub.

Həmçinin, hər iki tərəf maliyyə təhlili, investisiya idarəçiliyi sahəsində bilik və təcrübə mübadiləsində iştirak edərək, sektorun ümumi inkişafına töhfə verməyi hədəfləyir.

Seçilən
68
1
marja.az

2Mənbələr