AZ

"Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsinə tam dəstək lazımdır - Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi

Bakı. Trend:

"Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsinə tam dəstəkgöstərilməlidir.

Trend xəbər verir ki, bunuBeynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi DorinBoqdan-Martin “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilənyüksək səviyyəli dəyirmi masada bildirib.

“Bizim üzv dövlətlər rəqəmsal transformasiya və dayanıqlılığınəl-ələ verməli olduğunu dərk ediblər. Məhz buna görə BTİ rəqəmsaltransformasiyanı davamlılıqla birləşdirməyi iki stratejiməqsədindən biri kimi qəbul edib.

Onlar bu təşəbbüsün hərəkətverici qüvvəsidir. Eyni zamanda,xatırlamalıyıq ki, iqlim dəyişikliyi ilə mübarizə BMT-nin Gələcəkhaqqında Paktı və onun Qlobal Rəqəmsal Razılaşmasının əsasınıtəşkil edir. Əlbəttə, rəqəmsal sənaye liderlərindən, bir çoxuburada iştirak edən nümayəndələrdən ümidverici addımlargörürük.

Texnologiya şirkətləri bərpa olunan enerjinin ən böyükalıcılarından biridir və onların bəziləri artıq tamamilə bərpaolunan enerji mənbələrindən istifadə edir. Bununla yanaşı, BTİ-nin“rəqəmsal şirkətlərin yaşıllaşdırılması” adlı hesabatındagöstərildiyi kimi, texnologiya sektorunun ekoloji izi qlobalavadanlıq, şəbəkə xidmətləri və məlumatların saxlanması tələbatınınartması səbəbindən böyüməyə davam edir.

Rəqəmsal sektor “daha ekoloji” olmaq məsələsində daha çox işgörə bilər və görməlidir. Məhz bu səbəbdən bu gün burada toplandıqki, COP29 çərçivəsində “Yaşıl Rəqəmsal Fəaliyyət” bəyannaməsinədəstək verək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
85
az.trend.az

1Mənbələr