AZ

COP29 çərçivəsində mina təhlükəsi ilə mübarizə və ekoloji dayanıqlılıq üzrə yan tədbir keçirib

Image

Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Cığırın Təmizlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə” mövzusunda yan tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin məqsədi ölkəmizin üzləşdiyi mina problemini diqqətə çatdırmaq, mina təhlükəsinin təbii ehtiyatlara təsirini vurğulamaq, ekoloji cəhətdən təmiz minatəmizləmə təcrübələrini araşdırmaq və humanitar minatəmizləmə sahəsində dayanıqlı yanaşmaları təşviq etməkdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycan Respublikasının azad edilmiş ərazilərində öncədən basdırılan təxminən 1,5 milyona yaxın minanın ətraf mühitə dağıdıcı təsirləri olduğunu diqqətə çatdırıb. V.Süleymanov qeyd edib ki, bu təhlükəli qurğuların partlaması nəticəsində onların tərkibində olan ağır metallar və digər toksinlər torpağa və havaya mənfi təsir göstərir, bu kimyəvi çirklənmə uzunmüddətli ekoloji zərərlərə səbəb olur. Minalardan təmizləmə təkcə təhlükəsizlik məsələsi deyil, eyni zamanda, iqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün əsas şərtdir.

BMT-nin Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Administratorunun müavini, Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç yan tədbirdə çıxış edərək dünyanın bir çox ölkəsində minalar və müharibənin digər partlayıcı qalıqlarının təkcə insanların həyat və sağlamlığına deyil, həm də torpaq və təbii resurslara, o cümlədən bioloji müxtəlifliyə ciddi təhdidlər yaratdığını qeyd edib.

Yan tədbir çərçivəsində minaların ekosistemlərə, biomüxtəlifliyə və təbii ehtiyatlara təsirlərinin tədqiqi, ətraf mühitə minimum təsirlə minatəmizləmə səyləri, eləcə də bu istiqamətdə innovativ texnologiyaların istifadəsi mözvularında panel müzakirələr keçirilib.

Mətləb Salahov






Seçilən
10
6
baki-xeber.com

7Mənbələr