AZ

Dünya Bankı "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsinin icrasında bütün ölkələri dəstəkləməyə hazırdır

Dünya Bankı "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsinin icrasında bütün ölkələri dəstəkləməyə hazırdır.

Olaylar xəbər verir ki, bunu Dünya Bankının rəqəmsal transformasiya üzrə vitse-prezidenti Sanq-Bu Kim "Yaşıl Rəqəmsal Fəaliyyət" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada deyib.

"Yalnız ötən il biz yaşıl rəqəmsal texnologiyalara investisiyalarımızı üç dəfə artıraraq, 700 milyon dollara çatdırmışıq və gələcəkdə də bu dəstəyi genişləndirməyi planlaşdırırıq. Dünya Bankı bu gün burada təmsil olunan bütün ölkələri və gələcəkdə bizə qoşulacaq digər tərəfdaşları "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsinin icrasında dəstəkləməyə hazırdır. Birlikdə yoxsulluqdan azad və yaşamaq üçün yararlı bir planet yarada bilərik", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
2
olaylar.az

3Mənbələr