Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “M-Gaz”şirkəti ilə birgə Bolqarıstanın Ruse vilayətində sosialistehlakçılara birbaşa təbii qazın tədarükünə başlayıb.
Trend qurumun yaydığıməlumata istinadən xəbər verir ki, SOCAR, “M-Gaz” və Rusebələdiyyəsinin birgə həyata keçirdiyi və Azərbaycan RespublikasıDövlət Neft Şirkətinin lazımi həcmdə təbii qaz tədarük etməyiöhdəsinə götürdüyü “hibrid qazlaşdırma” pilot layihəsinin əsasbenefisiarı Ruse bələdiyyəsinin Nikolovo kəndində yerləşən “St. St.Cyril and Methodius” ibtidai məktəbidir.
Məktəbdə sıxılmış təbii qaz (CNG) qurğusunun tikintisinin başaçatması münasibətilə təşkil olunan mərasimdə SOCAR-ın Balkanlarüzrə regional ofisinin rəhbəri Murad Heydərov, Ruse şəhərinin meriPenço Milkov və M-Qaz şirkətinin baş icraçı direktor Stoyan Manoloviştirak ediblər.
Bu, SOCAR ilə “M-Gaz” şirkəti arasında 21 iyun 2024-cü iltarixində Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünəbaşlanılması ilə əsası qoyulan uğurlu tərəfdaşlığın davamıdır.
Yaxın bir neçə ayda Ruse vilayətində daha 10 məktəb və uşaqbağçasının SOCAR-dan təbii qaz alması planlaşdırılır. Bu layihəRusedə karbon emissiyalarını və enerji xərclərini azaltmağa köməkedəcək.
Ölkənin qaz istehlakının 50 faizini təchiz edən SOCARBolqarıstanın qaz bazarında iştirakını genişləndirərək daxilipaylama sektorunda təxminən 7,5 faiz paya sahib olmağıhədəfləyir.
SOCAR bu ölkənin bir sıra bələdiyyələrində iqlimə daha uyğuntəbii qazın tədarükünü həyata keçirməklə, tədricən ənənəvi enerjimənbələrindən (mazut, linyit, dizel) imtina edilməsi, Bolqarıstanıniqlimin qorunması strategiyasının həyata keçirilməsi və karbonemissiyalarının azaldılması istiqamətlərindəki səylərinə töhfəverir.