FİFA Klublararası Dünya Çempionatının çempionluq kuboku təqdim olunub.
Sfera.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
Açıqlamaya görə, yeni formatı ilə 15 iyun - 13 iyul 2025-ci il tarixləri arasında ABŞ-də keçiriləcək turnirin kuboku dəbdəbəli zərgərlik şirkəti Tiffany & Co ilə əməkdaşlıqda hazırlanıb.
Kubok bir-birinə sancaqlar ilə bağlanan və eyni orbitdə fırlana bilən 4 diskdən ibarət fincan dizaynı ilə diqqət çəkir. 24 karatlıq qızılla örtülmüş kubokun hər iki tərəfində lazerlə həkk olunmuş mətnlər və futbol tarixinə aid simvollar var.
Qeyd edək ki, FİFA-nın yeni təşkilatına 6 konfederasiyadan 32 klub daxil olacaq. Komandalar 4 nəfərdən ibarət 8 qrupa bölünəcək və bir-biri ilə oynayacaqlar. Qrupda ən yaxşı 2 yeri tutanlar növbəti turlarda birlik prinsipi ilə qarşılaşacaqlar.
Firuzə Əliyeva