AZ

Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib

Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar".

Mia.az-a bir neçə gün əvvəl Hacıqabul Su və Meliorasiya İstismarı idarəsində baş verən qalmaqallarla bağı yazıdan sonra bu dəfə Abşerondan maraqlı məlumat daxil olub.

Xatırladaq ki, Haxıqabulda  idarə rəhbəri Siyavuş Məmmədov ləğv olunmuş idarələrin işçilərinin yerinə orta təhsilli şəxsləri işə alması, eyni zamanda, Talış kənd sakini Rəhman Talıbovun "Meliorasiya"nın müavini Rasim İsmayılovdan Hacıqabul rayon Prokurorluğuna şikayətindən bəhs etmişdik.

Məlumat üçün qeyd edək ki, prokurorluğa 6 min manat rüşvət iddiası ilə bağlı şikayət lunub (Mövzu ilə bağlı araşdırmamız davam edir - Mia.az)

Bu gün isə Mia.az-ın Su Ehtiyatları Agentliyindən əldə etdiyi məlumatda deyilir ki, Zaur Mikayılovun qudasının tələbə yoldaşı Etibar Nəbiyevin yeni təyin edildiyi Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindəki təyinatlar ciddi rezonans doğurub: "Etibar Nəbiyevin əvvəlki təyinatları nə qədər təəccüb yaratdısa, əmisi oğlu ilə bağlı təyinat ondan onqat artıq şok effekt verib. Nəbiyev əmisi oğlu İbrahimi də idarənin ümumi şöbəsinin müdiri təyin edib. İbrahimin işi Etibar Nəbiyevin otağının qarşısında durmaq, qəbulu "tənzimlməkdir". Halbuki, Etibar Nəbiyevin otağı yaxın qohumları ilə həmişə dolu olur.  Maraqlıdır, deyilmi? Hələ bu azmış kimi Etibar Nəbiyevin doğma qardaşı da tez-tez idarəyə gələrək orada "boy göstərir". Təbii ki, bütün bunlar xoş qarşılana bilməz.  Artıq bu kimi əmr və hadisələr Agentliyin rəhbər şəxsləri arasında da müzakirə olunmağa başlayıb..."  .

Xatırladaq ki, bir müddət əvvəl yeni rəis Etibar Nəbiyevin Abonent işləri şöbəsinin fakturalama qrupunun mühəndis qrup rəhbəri Səbuhi Mustafayevi vəzifədən çıxarıb, onun yerinə Tahir Şəmiyevi və digər təyinatları ahqda da məlumat vermişdik: "Bundan əlavə, Texniki şərtlərin verilməsi şöbəsinin rəisi Zeynalov İbrahim Hüsü oğlu da vəzifəsi ilə vidalaşıb. Etibar Nəbiyev onun yerinə 450 km aralıdan - Gəncədən Zanman adlı dostunu gətirib. Etibar Nəbiyev Nazim Fərzəliyevi Bas mühəndis,  Nəzakət Mursaqulovanı isə Kadrlar şöbəsinin rəisi vəzifədən uzaqlaşdırılıb. Bunlarla bərabəır, o, Abşeron Bağlar idarəsindən Həzrət Abbasovu özünə müavin təyin edib. Bu təyinata qədər müavin olan Elnur Əliyev isə aşağı vəzifəyə Abonent işləri şöbəsinin müdiri postuna endirib. Bir sözlə, idarədə labirintli olaylar səngimir...".

Samir MUSAYEV

Mia.az

Seçilən
49
4
mia.az

5Mənbələr