AZ

Pekindən dünya ölkələrinə çağırış

Pekin qlobal iqtisadi əməkdaşlığın genişlənməsinə çağırıb.

“Cebheinfo.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Peruda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 2024-cü il Baş Direktorlar Sammitində çıxışı zamanı qlobal iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə çağırıb.

Si Cinpin iqtisadi əməkdaşlığa mane olmaq və qarşlıqlı münasibətlərə müdaxilə etmək cəhdlərinin qəbuledilməz olduğunu və qlobal iqtisadi əməkdaşlığa ciddi zərbə vurduğunu bildirib.

Çin lideri iqtisadi qloballaşmanın müsbətə doğru gedən tendensiya olduğunu da vurğulayıb. 

Si Cinpin sammit çərçivəsində ABŞ Prezidenti Co Bayden və Yaponiyanın Baş naziri Şiqeru İşiba da daxil olmaqla digər liderlərlə görüşü gözlənilir.

Çin lideri gələn həftə Braziliyaya səfər edəcək və burada Rioda keçiriləcək G20 sammitində iştirak edəcək.

Seçilən
47
cebheinfo.az

1Mənbələr