AZ

Astanada Fələstinə yardım toplayan qız həbs edilib – özünə mənzil, maşın və s. alıbmış


2024-cü il noyabrın 15-də Astana şəhər məhkəməsi Fələstin üçün yardım toplayan könüllülər hərəkatının fəalı, müvafiq xeyriyyə fondunun Pərizat Kayrat barəsində 2 ayadək müddətə həbs qətimkan tədbiri seçib

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə paytxat məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan Respublikasının Maliyyə Monitorinqi Agentliyinin (MMA) açıqlamasında bildirilir ki, könüllülər hərəkatının fəalı Pərizat Kayrata qarşı aparılan istintaq faktı əsasında onun qanunsuz fəaliyyətinin daha bir epizodu üzə çıxıb.

 

perizad.jpg (62 KB)

 

“2023-cü ilin noyabrında Pərizat Kayrat Fələstin xalqına humanitar yardım göstərmək üçün pul yığımı təşkil edib. 2023-cü ilin dekabrında P.Kayrat bu puldan istifadə edərək 49 milyon tengəyə elit “Sensata Plaza” kompleksində üçotaqlı mənzil və 30 milyon tengəyə yeni “Mercedes-Benz EQE 500 4 Matic” markalı avtomobil alıb. Bundan əlavə, vəsaitin bir hissəsi BƏƏ-də “Rolex”, “Prada” və “Fendi” brendlərinin butiklərindən zərgərlik məmulatları, saatlar və geyimlərin alınmasına xərclənib”, - MMA-nın açıqlamasında bildirilir.

Bu epizodda Pərizat Kayrat 200 milyon tengedən çox oğurluqda şübhəli bilinir.


Seçilən
21
1
nuh.az

2Mənbələr