Bakı. Trend:
Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da ölkədəkeçirilən parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.
Trend xəbər verir ki, yekunnəticələri Gürcüstan MSK-nın katibi Georgi Cavaxişvili yekuniclasda elan edib.
Məlumata görə, ölkənin hakim “Gürcü arzusu - DemokratikGürcüstan” partiyası 53,93% səslə qalib gəlib və parlamentdə 150yerdən 89-unu qazanıb.
Bununla yanaşı, 5 faizlik səs baryerini dörd müxalif partiya dakeçib. Belə ki, “Dəyişikliklər naminə Koalisiya” 11,03% səstoplayaraq 19, “Birlik - Milli Hərəkat” 10,17% səslə 16, “GüclüGürcüstan” 8,81% səslə 14, “Gürcüstan naminə Qaxariya” partiyasıisə 7,78% səslə 12 mandata sahib olub.