AZ

“Fitch" İpoteka və Kredit Zəmanət Fondunun kredit reytinqini “Sabit” proqnozla təsdiqləyib

"Fitch" beynəlxalq reytinq agentliyi, İpoteka və Kredit Zəmanət Fondunun uzunmüddətli xarici və yerli valyutada kredit reytinqini növbəti dəfə ölkə reytinqinə bərabər olaraq "BBB-" səviyyəsində təsdiq edib. Fondun reytinqi üzrə proqnoz isə "Sabit" olaraq qiymətləndirilib.

Fins.az xəbər verir ki, bu reytinq, Fondun dövlətlə möhkəm əlaqələrinin mövcudluğu, əhalinin əlverişli şərtlərlə mənzillə təmin edilməsi və kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi vasitəsilə biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyətə malik olması ilə əlaqələndirilir.

Qeyd edək ki, "Fitch" 2009-cu ildən etibarən İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini qiymətləndirir və onun müstəqil kredit reytinqini açıqlayır.

Seçilən
22
6
fins.az

7Mənbələr