AZ

Bursada dəhşətli hadisə yaşanıb

Bursada

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda yediyi çiy küftə nəfəs borusuna girən 38 yaşlı Şakir Dəmir həyatını itirib.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “hurriyet.com.tr” saytı xəbər paylaşıb.

Xəbərdə hadisənin dünən Bursanın İnegöl mahalına bağlı Yeniceköy məhəlləsindəki evdə baş verdiyi qeyd olunub. Ş.Dəmirin yediyi çiy küftə nəfəs borusuna düşüb. Yerə yıxılan Ş.Dəmiri ailəsi hərəkətsiz halda yerdə uzanmış vəziyyətdə tapıb.

Evə gələn sağlamlıq qrupları onun ürəyini masaj edərək yenidən işə salıb və o, təcili yardımla İnegöl Dövlət Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsində müalicə alan evli və 3 uşaq atası Ş.Dəmir 13 saat sonra dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Seçilən
28
xalqcebhesi.az

1Mənbələr