AZ

Azərbaycanın COP29-a sədrliyi iqlim maliyyələşdirilməsi sahəsində ədalətli nəticə üçün imkanlar açacaq - Samir Becanov

Bakı. Trend:

Azərbaycanın COP29-a sədrliyi iqlim maliyyələşdirilməsisahəsində ədalətli və iddialı nəticəyə nail olmaq üçün imkanlaraçacaq.

Trend xəbər verir ki, bunuCOP29-un Baş danışıqçısının müavini Samir Becanov COP29çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Biz bu il ədalətli və iddialı nəticəyə nail olmaq üçün köməkçiorqanların sədr heyəti və bütün tərəflərlə fəal əməkdaşlıqedəcəyik. Bütün iştirakçıları iqlim maliyyələşdirilməsi kimi əsasməsələ üzrə danışıqlara diqqət yetirməyə çağırırıq”, - deyə SamirBecanov vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
45
1
az.trend.az

1Mənbələr