AZ

Əzab-əziyyət çəkməsinlər, onsuz da hədəfimizə nail olacağıq - Açıqlama

Azərbaycanın sədrliyi ilə  keçirilən COP29 təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqaz, Mərkəzi Asiyanın və digər regionların yaşıl iqtisadiyyata, yaşıl enerjiyə keçidində, o cümlədən sosial-iqtisadi inkişafı baxımından mühüm tarixi əhəmiyyət kəsb edir.

Bunu Ölkə.Az-a açıqlamasında deputat Eyvaz Qurbanov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni reallıqlar yaradan  Azərbaycanın yaşıl iqtisadiyyata və yaşıl enerjiyə keçid əsas prioritetlərindən birini təşkil edir. "Azərbaycan eyni zamanda bölgədə yaratdığı reallığa uyğun olaraq yaşıl iqtisadiyyatı və yaşıl enerjiyə keçidlə bağlı regionallarası sıx əməkdaşlıq formatı yaratmağı da qarşıya hədəf qoyub və artıq bu istiqamətdə uğurlu addımlar atılmaqdadır. Avrasiya coğrafiyasında ənənəvi enerji, nəqliyyat və logistik dəhlizlərin xəritəsini yenidən müəyyənləşdirən Azərbaycan qarşıdakı dönəmdə yaşıl iqtisadiyyatın və yaşıl enerjinin yeni dəhliz xəritəsini müəyyən edəcək. Bu baxımdan Azərbaycanın sədrliyi ilə yüksək səviyyədə hazırlanaraq və uğurla keçirilən COP29 bu məqsədlərin reallaşmasında çox mühüm rol oynayacaq", - o qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycan yerləşdiyi coğrafiyanın imkanlarından faydalanaraq qlobal iqlim böhranın öz töhfəsini vermək üçün Qlobal Şimalla Qlobal Cənub arasında bütün tərəflərin xeyrinə olan bir əməkdaşlıq formatı yarada biləcək: "Artıq Azərbaycanın bu istiqamətdə strateji hədəfləri bəllidir və bu hədəflər istiqamətində real addımlar atılmaqdadır. Ölkəmiz hazırda “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizləri ilə əlaqələnən nəhəng vahid “yaşıl enerji platforması”nın mühüm həlqəsi olan “Mərkəzi Asiya-Azərbaycan yaşıl Enerji Dəhlizi”ni həyata keçirilməsi layihəsi üzərində işləyir. Bu layihənin reallaşdırılması istiqamətində COP29 çərçivəsində ciddi işlər getməkdədir. Bunun üçün Qazaxıstan və Özbəkistanla üçtərəfli bir anlaşma sənədi də imzalanıb. Digər tərəfdən layihənin reallaşdırılması istiqamətində beynəlxalq maliyyə institutları ilə danışıqlar aparılır. Xarici investorların layihəyə cəlb edilməsi istiqamətində işlər gedir və onlarla müqavilələr imzalanır. Ümumiyyətlə, Azərbaycan qlobal iqlim dəyişikliyinə öz töhfəsini vermək üçün bütün mümkün potensialından istifadə etməkdədir. Əminəm ki, bu ən qısa zaman kəsiyində öz bəhrəsini verəcək.

Lakin onu da təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanın belə bir qlobal problemin həllinə töhfə vermək istiqamətindəki fəaliyyətinə kölgə salan qüvvələr var. Nə qədər acı reallıq olsa da, deməliyəm ki, bu işə kölgə salanlar daha çox iqlim probleminin yaranmasının səbəbkarı olan inkişaf etmiş bəzi Qərb ölkələridir. Həmin Qərb ölkələri öz nəzarətlərində olan siyasətçilərdən, QHT, media platformalarından istifadə etməklə Azərbaycan qarşı dezinformasiya xarakterli qərəzli münasibətlərlə üzləşib. Əslində, bu ölkələrin "fəaliyyəti" getdikcə dərinləşən iqlim böhranının daha da kəskinləşməsinə xidmət edir. Əgər bu belə olmasaydı həmin ölkələr zamanında iqlim böhranın qarşısının alınması üçün lazımı ciddi addımlar atardılar. Amma Qərb ölkələri iqlim böhranının həlli ilə bağlı imzalanan Paris İqlim Sazişindən çıxdılar və üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdılar. Bu problemin həlli üçün bir neçə il əvvəl ildə bir milyard dollar tələb olunurdusa, indi bu həcm fantastik səviyyədə artaraq  trilyon dolları keçir. Bəzi Qərb ölkələrinin problemin həlli istiqamətində ciddi addımlar atmaması iqlim böhranını daha kəskinləşdirib. Bunun təsirlərini aradan qaldırmaq çətinləşir. Sakini olduğumuz Yer kürəsini ciddi təhlükə qarşısındadır. Amma Fransa, Niderland, Almaniya və digərləri Azərbaycana qarşı dezinformasiya siyasətini həyata keçirməklə qlobal iqlim probleminin həllinə ciddi əngəlliklər yaratmaqdadırlar. Onu da qeyd etmək istərdim ki, əzab-əziyyət çəkməsinlər, onsuz da istəklərinə nail ola bilməycəklər. Azərbaycan, ələlxüsus da cənab Prezident İlham Əliyev ölkəmizin milli maraqlarına uyğun gələcək strategiyası ilə bağlı hansı hədəfi qoyubsa, o məqsəd həyata keçib. Bundan sonra da belə olacaq. Bunu cənab Prezident COP29 Zirvə görümündə də açıq şəkildə həmin güclərə mesaj verdi. Mesajın mahiyyəti ondan ibarət idi ki, çox da əzab-əziyyət çəkməyin, bizim strateji krusumuz var və buna da nail olacağıq. Bu strateji hədəflərə doğru hamımız əl-ələ verib, həmrəyliyimizi nümayiş etdirməklə nail ola biləcəyik. Ona da əminəm ki, cənab Prezidentin bu hədəflərə nail olmaqla bağlı siyasi iradəsi ortadadır. Cənab Prezidentin müdrik, uzaqgörən, qətiyyətli siyasəti və rəhbərliyi altında yaşıl dünya ilə bağlı qarşıya qoyulan bütün məqsədlərimizə nail olacağıq. Buna kimsənin şübhəsi olmasın! Fransa kimi ölkələrin Azərbaycan qarşı qərəzli, çirkin oyunları puç olacaq. Son olaraq onu qeyd etmək istərdim ki, bu ölkələr Ermənistana etdikləri himayədarlıqların və havadarlıqlarının acı sonluğundan dərs çıxarsalar yaxşı olar”.

Mürtəza
Ölkə.Az

Seçilən
50
2
olke.az

3Mənbələr