Noyabrın 14-də İsrailin Dəməşqin qərb bölgələrinə endirdiyi hava zərbəsi zamanı iki komandirinin öldüyü bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Məlumata əsasən, hava hücumu nəticəsində bir neçə mülki şəxs də daxil olmaqla 20-dən çox insan həlak olub.
Qeyd edək ki, "İslami Cihad" hərbi bazasının yerləşdiyi Qudsay şəhərinin kənarına da raket zərbələri endirilib.