AZ

GEAPP: Mərkəzi Asiya xalis sıfır emissiya yolunda ən kritik regionlardan biridir

Mərkəzi Asiya xalis sıfır emissiya yolunda ən kritik regionlardan biridir.

"Report" xəbər verir ki bunu İnsanlar və Planet üçün Qlobal Enerji Alyansının (GEAPP) vitse-prezidenti Kitti Bu COP29 çərçivəsində təşkil olunmuş "2030-cu ilə qədər bərpa olunan enerji üzrə qoyuluş gücünün üçqat artırılması: Mərkəzi Asiyada bərpa olunan enerjidən istifadənin sürətləndirilməsi üçün praktiki işlərin görülməsi" adlı Mərkəzi Asiya üzrə Regional Seminarda bildirib.

"2030-cu ilə qədər Mərkəzi Asiyada enerjiyə tələbatının iki rəqəmli həddə artacağı gözlənilir. Elektrik sektoru bu regionda ən sürətlə inkişaf edən sahələrdən biri olacaq. Əhalinin artımı və iqtisadi inkişaf tendensiyaları göstərir ki, xalis sıfır emissiyalı gələcək üçün region ənənəvi qalıq yanacaq variantlarından uzaqda öz enerji bazasını diversifikasiya etməlidir. İqtisadiyyatları ənənəvi qalıq yanacaqlardan çox asılı olsa da, Mərkəzi Asiya ölkələri bərpa olunan enerji mənbələrinin tətbiqi baxımından irəliləyişlər əldə ediblər. Bərpa olunan enerjinin sürətlə tətbiqi və ardınca qalıq yanacaqdan asılılığın azaldılması Mərkəzi Asiya üçün emissiyaları məhdudlaşdırmaq və həmçinin davamlı gələcək yaratmaq üçün açardır", - deyə o qeyd edib.

Seçilən
23
1
far.az

2Mənbələr