AZ

Fatih Terim: "Qurban Qurbanovu daim izləyirəm"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"COP29-un Azərbaycanda keçirilməsi qürurvericidir".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim "Qarabağ" futbol klubunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılacaq Futbol Klublarının İqlim Dəyişikliyi ilə Mübarizədə Birgə Alyansında yer alacaq komandalarla təşkil olunmuş görüşdə deyib.
"Bakıda olmaqdan duyduğum məmnunluğu ifadə etməklə başlamaq istəyirəm. COP29-un Azərbaycanda keçirilməsi və dünyanın ən böyük təşkilatlarından birinə Bakının ev sahibliyi etməsi, həqiqətən, mənim üçün və hər kəs üçün qürurvericidir. Görürəm ki, şəhərin hər tərəfində bu tədbiri ən yüksək səviyyədə keçirmək üçün çox gözəl ab-hava yaradılıb. Bu uğurda əməyi olan hər kəsi təbrik etmək istəyirəm".
O, "Qarabağ" FK-ya xüsusi dəvət və ona göstərilən isti münasibət üçün təşəkkür edib:
"Bu gün "Qarabağ" futbol klubunu da ziyarət edərək, həmkarım Qurban Qurbanovu görmək fürsəti qazandım. Onunla çox səmimi bir söhbətimiz oldu, onu çox sevirəm və daim izləyirəm. Yeri gəlmişkən, heç kimin inciməsini istəməzdim. Sadıq Qarayevə də buradan salam göndərmək istəyirəm. O, Türkiyədə futbolçu kimi çıxış edib və indi həmkarımızdır. Ona da bir salam göndərmək istədim".
F.Terim deyib ki, COP29-un rəhbərliyi və COP29-un dəstəyi ilə "Qarabağ" və Avropa Klublar Birliyinin birgə təşkilatçılığı ilə yaradılacaq alyansın növbəti illərdə fərqli klubların iştirakı ilə daha da güclənəcəyinə əmindir.
Seçilən
127
20
oxu.az

10Mənbələr