Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ildə dünyada qızılcaya yoluxma hallarının əvvəlki illə müqayisədə 20 faiz artdığını bildirib.
Referans.az xəbər verir ki, ÜST və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) qızılca ilə bağlı yeni hesabatlarını dərc ediblər.
2023-cü ildə dünya üzrə təxminən 10,3 milyon qızılca hadisəsi qeydə alınıb. Bu, 2022-ci illə müqayisədə 20 faiz artım deməkdir. Qlobal miqyasda peyvəndlə kifayət qədər əhatə olunmaması yoluxma hallarının artmasına səbəb olur.
“İki doza qızılca peyvəndi ilə qızılca xəstəliyinin qarşısını almaq mümkündür. 2023-cü ildə 22 milyondan çox uşağa qızılca peyvəndinin ilk dozası vurulmayıb.
Keçən il dünyada uşaqların təxminən 83 faizi qızılcaya qarşı peyvəndin ilk dozasını, yalnız 74 faizi isə tövsiyə olunan ikinci dozanı alıb”, - deyə hesabatda bildirilir./Publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta